Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
VTB (Azərbaycan) mikrokreditlər üzrə komissiyanı ləğv edib - BBN

VTB (Azərbaycan) mikrokreditlər üzrə komissiyanı ləğv edib

VTB (Azərbaycan) mikro şirkətləri üçün 15 min manatadək kreditlər üzrə komissiyanı ləğv edib. Maliyyələşdirmə illik 18%-dən başlayır, müddəti isə 36 aya qədərdi. Kretidi girovsuz və zaminsiz almaq mümkündür.

«Mikrobiznes şirkətləri ölkə iqtisadiyyatı üçün mühüm rol oynayır. Bizim məhsul və xidmətlərimiz bu seqmentə biznesin inkişafı üçün maliyyə problemlərini sərfəli və rahat şəkildə həll etməyə imkan verir. Biz kreditlərin verilmə prosesini mümkün qədər sadələşdirmişik – 15 min manata qədər zaminsiz və girovsuz, banka gəlmədən əldə etmək mümkündür. Biz sahibkarların diqqətini alətlərimizə cəlb etmək üçün mikrokreditləri komissiyasız etdik. Ötən il bankımızın mikrobiznes müştərilərinin sayını 2022-ci illə müqayisədə 2,3 dəfə artırıb», – deyə VTB (Azərbaycan) bankının idarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru Tural Hüseynov bildirib.

Mikrokrediti VTB bankın istənilən filialında əldə etmək mümkündür. Həmçinin SİMA İmza rəqəmsal imzadan istifadə etməklə də məsafədən yararlanmaq olar.

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı