Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
VTB (Azərbaycan) ölkədə ilk dəfə keçirilən drift çempionatına dəstək oldu - Foto - BBN

VTB (Azərbaycan) ölkədə ilk dəfə keçirilən drift çempionatına dəstək oldu – Foto

VTB (Azərbaycan) Formula Drift Azerbaijan yarışının rəsmi tərəfdaşı kimi çıxış etdi. İki günlük çempionat Test and Training Mərkəzində keçirildi. Tədbirdə ölkənin 12 təcrübəli pilotu iştirak etdi.

Yarışı tanınmış və sertifikatlı drift hakimləri, o cümlədən İrakli Şalikashvili, Nodari Kodua və Giqa Kalandia iştirak ediblər. Nəticədə Niyaz Bədiyev birinci yeri, Elvin Xudaverdiyev ikinci yeri, Rəhman Şixəliyev isə üçüncü yeri tutdu.

Formula Drift Azerbaijan il ərzində dörd dəfə keçiriləcək və sonda ölkə üzrə drift çempionu müəyyən ediləcək.

“VTB (Azərbaycan) ənənəvi olaraq idman tədbirlərini dəstəkləyir. Bir neçə ildir ki, biz Azərbaycan Basketbol Liqasının rəsmi tərəfdaşıyıq və müxtəlif idman yarışlarını, o cümlədən Red Bull Half Court basketbol oyunlarının, Qobustan trail 2024 və Şahdağ trail 2024 qaçışlarının keçirilməsinə kömək etdik. Azərbaycan drift çempionatı ilə əməkdaşlıq brendimizin təbliği istiqamətində göstərdiyimiz fəaliyyətin məntiqi davamı oldu”, – deyə  VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin şərh edib.

Related posts

Kino Agentliyi maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib

Azərbaycan banklarına ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb

Unibank Şirvanda yeni filialını açıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı