VTB (Azərbaycan) aztəminatlı ailələrdən olan uşaqlar üçün beşinci “Yay düşərgəsi”
təşkil edib. Tədbir 11–12 avqust tarixlərində ölkənin cənub regionunda, “Maricel Astara
Resort”-da, Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının iştirakı ilə
keçirilib.
Düşərgənin proqramına müxtəlif fəaliyyətlər daxil olub: intellektual və idman oyunları,
maarifləndirici ustad dərsləri, eləcə də maliyyə savadlılığı və kibertəhlükəsizlik
mövzularında təlimlər. İştirakçılar şəxsi büdcənin idarə olunması, investisiyaların
əhəmiyyəti, müxtəlif bank məhsulları və marketinqin əsasları ilə tanış olublar.
Tədbirin sonunda bütün uşaqlara xatirə hədiyyələri təqdim olunub ki, bu da zəngin
proqramın xoş sonluğu olub.