Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
VTB-nin dəstəyi ilə Bakıda Caz Festivalı keçirilib - BBN

VTB-nin dəstəyi ilə Bakıda Caz Festivalı keçirilib

VTB (Azərbaycan) Bakıda keçirilən Beynəlxalq Caz Gününün tərəfdaşı olub. Tədbir ShowTime Booking Agency və 33 Event-in təşkilatçılığı ilə Heydər Əliyev sarayında keçirilib. Konsertdə Azərbaycanın Caz ulduzları iştirak ediblər.

“Beynəlxalq Caz Günü musiqisevərlər üçün dünya şöhrətli tədbirdir və insanları təkcə musiqinin şah əsərləri ilə deyil, həm də yeni müəlliflərlə tanış etmək imkanı verir. Bank VTB (Azərbaycan) artıq bir neçə ildir ki, həm ölkədə, həm də dünyada əsas musiqi hadisələrindən biri olan caz festivalının ölkəmizdə keçirilməsinə dəstək olub”, – deyə Bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri İqor Okayev qeyd edib.

Məlumat üçün:

UNESCO-nun sülhməramlı səfiri, dünya şöhrətli caz pianoçusu Hörbi Hənkokun təşəbbüsü ilə təsis olunan Beynəlxalq Caz Günü 2012-ci ildən etibarən dünyanın bir çox ölkələrində qeyd olunur. Azərbaycan da həmin ildən bu dünya əhəmiyyətli caz hadisəsinə qoşulub.

Bank VTB (Azərbaycan)-ın məhsul və xidmətləri barədə məlumatları filial şəbəkəsindən, https://vtb.az rəsmi internet səhifəsindən, 986 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Related posts

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Azərbaycan Respublikasının Mərkəzi Bankı: Pul-kredit siyasəti inflyasiyanın hədəf diapazonunda saxlanılmasına yönəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı