VTB uşaqlar üçün düşərgə təşkil etdi

Bank VTB (Azərbaycan) artıq üçüncü ildir ki, aztəminatlı ailələrdən və sığınacaqlardan olan uşaqlar üçün “Yay düşərgəsi” təşkil edir. Bakıdakı Rus Evi, GİD CSR Consulting və Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan yeparxiyası ilə birlikdə VTB Bakıdakı bazar günü məktəblilərini və “Təmiz dünya” sığınacağının balaca sakinlərini bir araya topladı. Budəfəki ikigünlük uşaq düşərgə “Maricel Astara Resort”da təşkil olunmuşdur.

Artıq ənənə halını almış layihənin proqramına əsasən uşaqlar üçün intellektual və idman oyunları, maliyyə savadlılığına dair qısa mühazirələr və faydalı master-klaslar keçirildi. Təlim və oyunlar zamanı gənc iştirakçılar pulun rolu və şəxsi büdcənin aparılması prinsipləri haqqında məlumat əldə edib, əsas bank məhsulları ilə, həmçinin marketinqin əsasları ilə tanış oldular.

Layihənin sonunda VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin Direktoru Y.Borodin, VTB (Azərbaycan)-ın Reklam, Marketinq və Xüsusi Layihələr şöbəsinin rəhbəri K.Danyalova, Bakıdakı Rus Evinin rəhbəri İ.Zinnurov, həmçinin Müqəddəs Arxangel Kilsəsinin baş keşişi Mefodiy ata uşaqlara xatirə hədiyyələri təqdim etdilər.

Related posts

Növbəti valyuta hərracı keçirilib

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı