Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Vüqar Bayramov: “Vergi güzəştinin müddəti uzadılmırsa, daha aşağı vergi dərəcələri tətbiq edilsin” - BBN

Vüqar Bayramov: “Vergi güzəştinin müddəti uzadılmırsa, daha aşağı vergi dərəcələri tətbiq edilsin”

BBN.az  Banker.az-a istinadən xəbər verir ki, Azərbaycanda fiziki şəxslərin gəlirlərinə vergi elə tətbiq edilməlidir ki, “kölgə iqtisadiyyatı”na qayıdışı stimullaşdırmasın.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

O xatırladıb ki, bu ilin sonunda fiziki şəxslərin gəlir vergisi üçün müəyyənləşdirilmiş güzəştin müddəti başa çatır.

“7 ildir ki, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışan fiziki şəxslərin gəlirinə güzəştlər tətbiq edilir. Bu kifayət qədər fundamental dəstək olub, xüsusilə özəl sektorun inkişafına və məşğulluğun leqallaşdırılmasına şərait yaradıb, həmçinin əmək müqavilələrinin sayında özünü göstərib. Təklif edirəm ki, növbəti dövrdə fiziki şəxslərin gəlir vergisi ilə bağlı elə mexanizmlər hazırlansın ki, bu yenidən ‘kölgə iqtisadiyyatı’na qayıdışı stimullaşdırmasın. Məqsədə uyğun olardı ki, güzəştin müddəti uzadılmırsa, daha aşağı vergi dərəcələri tətbiq edilsin və mərhələli şəkildə vergi dərəcələrinin artırılması həyata keçirilsin. Nisbətən aşağı vergi dərəcəsi özəl sektor üçün ciddi yük yaratmaya bilər və nəticədə özəl sektorda məşğulluğun rəsmiləşdirilməsinə, iqtisadiyyatın ‘ağardılmasına’ gətirib çıxaracaq”, – deyə deputat bildirib.

Related posts

Azərbaycanda sənaye istehsalı artıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 76 %-ə yaxın artıb

ABŞ istehlakı zəifləyir – Qlobal bazarlarda rallinin sürəti azaldı, yen güclənir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı