Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Vüsal Qasımlı “Agefi Lüksemburq” jurnalına müsahibə verib - BBN

Vüsal Qasımlı “Agefi Lüksemburq” jurnalına müsahibə verib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Lüksemburqun nüfuzlu “Agefi Lüksemburq” jurnalına müsahibə verib. Jurnalın redaktoru Adelin Reminin suallarını cavablandıran V.Qasımlı işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərindən danışıb. O, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafında data əsaslı idarəetmə və real vaxt rejimində iqtisadiyyat yanaşmasının tətbiq edildiyini bildirib. İcraçı direktor qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi təkcə Azərbaycan və Cənubi Qafqaz regionu üçün deyil, həm də Avropanın yaşıl enerji ilə təminatı və nəqliyyat dəhlizlərinin diversifikasiyası baxımından əhəmiyyətlidir.

V.Qasımlı həmçinin, Mərkəzin fəaliyyət istiqamətlərindən, strateji idarəetmə üçün vacib olan monitorinq və qiymətləndirmə institutundan danışıb. O, İİTKM-in hazırladığı dərslik və jurnallar, eyni zamanda nəşri planlaşdırılan kitablar barədə də məlumat verib.

Lüksemburqun ilk maliyyə jurnalı olan “Agefi Lüksemburq” jurnalı iki dildə – ingilis və fransız dillərində nəşr olunur.

Qeyd edək ki, A.Remi Qərbi Azərbaycan İcması tərəfindən təşkil edilmiş “Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıtmasına şərait yaratmaq: qlobal kontekst və ədalətli həll” mövzusunda konfransda iştirak edib.

Related posts

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

Fevralda Səyyar ASAN-ın xidmət göstərəcəyi ünvanlar

“AzerGold”un qızıl və gümüş sikkələri ilk dəfə World Money Fair beynəlxalq sərgisində nümayiş olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı