Home » Vüsal Qasımlı: “Asiya ölkələri “Zəngəzur dəhlizi”ni dəstəkləyir”

Vüsal Qasımlı: “Asiya ölkələri “Zəngəzur dəhlizi”ni dəstəkləyir”

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı Özbəkistanda “Mərkəzi və Cənubi Asiya regional əlaqələr üzrə çağırışlar və imkanlar” mövzusunda keçirilən konfransda iştirak edərək məruzə təqdim edib.

V.Qasımlı “Zəngəzur dəhlizi: geoiqtisadi inqilab” adlanan məzurəsində bildirib ki, “Zəngəzur dəhlizi” Şərq-Qərb marşrutu üzrə diversifikasiya  imkanlarını artırır. Buna görə Cənub-Şərqi və Mərkəzi Asiya ölkələri, həmçinin Avropa İttifaqı “Zəngəzur dəhlizi”nin həyata keçirilməsində maraqlıdırlar. Eyni zamanda “Zəngəzur dəhlizi” Şimal-Cənub istiqamətində marşrutun şaxələndirilməsi üçün mühüm rol oynayır. Dəhliz qısa olmaqla yanaşı, vaxta və resurslara qənaət nöqteyi nəzərindən də əhəmiyyət kəsb edir.

Konfransda Özbəkistan Respublikasının Prezidenti, Əfqanıstan İslam Respublikasının Prezidenti, Pakistan İslam Respublikasının Baş naziri, Orta və Cənubi Asiya ölkələri ilə yanaşı digər ölkələrin Xarici İşlər nazirləri və ali nümayəndələri, nüfuzlu beynəlxalq və regional təşkilatların rəhbərləri, qlobal maliyyə qurumları və şirkətləri, o cümlədən aparıcı tədqiqat və analitik mərkəzləri iştirak edib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.