Vüsal Qasımlı Ermənistanın işğal siyasəti barədə beyin mərkəzlərinə müraciət edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı dünyanın aparıcı beyin mərkəzlərinə Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətinə son qoyulması mövzusunda müraciət edib.

 Müraciətdə deyilir ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin 2020-ci ilin sentyabr ayının 27-də səhər saatlarında atəşkəs rejimini kobud şəkildə pozaraq başladıqları hərbi təxribat nəticəsində Azərbaycan Respublikasının yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb: “Bu təcavüz nəticəsində Azərbaycanın 24 dinc sakini, o cümlədən 4 uşaq həlak olub. Mülki əhalidən 121 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Xüsusi narahatlıqla bildiririk ki, son günlər ərzində Ermənistan tərəfindən insanların sıx şəkildə yaşadığı Azərbaycanın Gəncə, Xızı, Abşeron, Mingəçevir kimi iri yaşayış məntəqələrinə 10.000-dən artıq müxtəlif növ mərmi və raket atılmışdır. 300-dən çox fərdi yaşayış evi tam dağılıb və ya ciddi ziyan dəyib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi (822, 853, 874 və 884 saylı) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi beynəlxalq ictimaiyyəti beynəlxalq hüququn tərəfində olmağa çağırır.”

V.Qasımlının müraciəti etdiyi 100-dən artıq beyin mərkəzləri arasında ABŞ, Türkiyə, Avropa İttifaqı, Yaponiya, Çin, Rusiya və başqa ölkələrin qurumları var. Müraciətin ünvanlandığı nüfuzlu beyin mərkəzi rəhbərləri bunlardır: Thomas J. Pritzker (CSIS), James M. Acton (Carnegie Endowment for International Peace), Kelly Adams (Heritage Foundation), Adam S. Posen (Peterson Institute for International Economics), Sarah Rosen Wartell (Urban Institute), Rajiv Vinnakota (Wilson Center), Neera Tanden (Center for American Progress), Frederick Kempe (Atlantic Council), Michael D. Rich (RAND Corporation) və s.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı