Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Vüsal Qasımlı: “İlk 4 gündə Ermənistanın hərbi itkiləri 1,2 milyard dollar qiymətləndirilir” - BBN

Vüsal Qasımlı: “İlk 4 gündə Ermənistanın hərbi itkiləri 1,2 milyard dollar qiymətləndirilir”

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan Ordusunun əks-həmləsi Ermənistan üçün ağır başa gəlib: “İlk 4 gün ərzində düşmənə endirilən zərbələr nəticəsində Ermənistanın təxmini 1,2 milyard ABŞ dollarından çox qiyməti olan hərbi texnika və sursatı məhv edilmişdir. Ən əsası məhv edilən hərbi infrastrukturdur ki, bunun da bərpasına onilliklər lazım olur. Ermənistanın hərbi itkilərinin maliyyə tutumu onun dövlət büdcəsində hərbi istiqamətə nəzərdə tutulmuş xərclərinin həcmini iki dəfə üstələyir. Eyni zamanda ilk 4 gündə məhv edilən təkcə hərbi texnika və sursatın dəyəri Ermənistanın strateji valyuta ehtiyatlarının yarısına və dövlət büdcəsinin üçdə birinə bərabərdir.”

V.Qasımlı həmçinin bildirib ki, artıq Ermənistan milli valyuta – dramın devalvasiyası və ərzaq qıtlığı kimi təhdidlərlə üzbəüzdür: “Azərbaycan Ordusunun uğurlu əks-həmləsi Ermənistanın onsuz da yüksək olan risk dərəcəsini bir qədər də artırır və ölkədən valyuta axınını sürətləndirir. İndi bu ölkəyə sərmayə qoymaq və borc vermək daha da təhlükəli olmuşdur. Proseslərin belə davamı Ermənistanda yoxsulların sayının da kəskin artmasına səbəb olacaqdır. Beləliklə, düşmən ölkəni əvvəlcə iqtisadi, sonradan isə həm də sosial və siyasi böhran gözləyir.”

    Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Ermənistan iqtisadiyyatının düşdüyü mövcud vəziyyət təhlil edilərək hesabat hazırlanır.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı