Vüsal Qasımlı: “Maliyyə sektoru pulu baha satmaq, real sektor isə ucuz almaq istəyir”

Bu haqda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı  “Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan maliyyə sektrondakı ən əsas çağırış pulun tarazlıq qiymətinin müəyyənləşdirilməsidir. Maliyyə sektoru pulu baha satmaq, real sektor isə ucuz almaq istəyir.

Digər nəzər yetirilməli olan məsələ isə yığım və investisiya arasında tarazlığın olmamasıdır. Belə ki, yığımların bir hissəsi nağd formada, maliyyə qurumlarından kənarda saxlanılır.

Qeyd edilən bu iki məsələ də müştəri-bank arasında olan etibar məsələləri ilə əlaqədardır. Qarşılıqlı etibarın bərpa olunması həm faizləri azalmasına, həm də banklarda olan yığımın artmasına imkan verəcəkdir.

Daşınmaz əmlakın reyestrinin formalaşdırılması da informasiya assimetriyasının azalmasına və etibarın təmin edilməsinə səbəb olacaq, sahibkarların kreditə əlçatarlılığını artıracaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır