Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Vüsal Qasımlı “Mathias Corvinus Collegium” Universitetinin nümayəndələrini qəbul edib - BBN

Vüsal Qasımlı “Mathias Corvinus Collegium” Universitetinin nümayəndələrini qəbul edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Enterprise Azerbaijan” portalının Macarıstanın “Mathias Corvinus Collegium” Universiteti ilə əməkdaşlığı çərçivəsində “Sərhədlərarası İnnovasiya: Azərbaycan-Macarıstan dostluğunun möhkəmləndirilməsi” (Cross- Border Innovation: Strengthening Azerbaijan-Hungary Friendship) mövzusunda görüş keçirilib.

İİTKM-in icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı macar qonaqları qəbul edərkən Azərbaycan-Macarıstan münasibətləri, iqtisadi-ticari əlaqələr, Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi dövlət kimi iştirakının əhəmiyyətini vurğulayıb. O, rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri barədə məlumat verib və qonaqların suallarını cavablandırıb.

“Mathias Corvinus Collegium” Universitetinin Beynəlxalq Münasibətlər Məktəbinin tədqiqatçısı  Klementina Kozma,  Beynəlxalq İqtisadiyyat Mərkəzinin koordinatoru Monika Kuznetsova və onlarla birgə Azərbaycana səfər edən 8 tələbə ölkəmizdə innovasiya və sahibkarlıq sahəsində yeniliklərə maraq göstərdiklərini ifadə ediblər.

“Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva bildirib ki, macar münayəndə heyəti səfər çərçivəsində bir sıra görüşlər keçirəcək. Görüşlərdə innovasiya siyasəti, vençur kapitalları və sahibkarlığın inkişaf etdirilməsi yolları müzakirə olunacaq.

Görüş zamanı İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, regionun mövcud investisiya mühiti, investorların cəlb edilməsi üçün çoxşaxəli dövlət dəstəyi və investisiya üçün potensial sahələr haqqında çıxış edib.

Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Gültac Əhmədzadə – Tapdıqzadə isə “Ortamüddətli xərclər çərçivəsi: Layihə İdarəetməsinə əsaslanan Proqram İdarəetməsi” (Azərbaycanın dataəsaslı idarəetməsi) haqqında məlumat verib.

Görüşün məqsədi xarici alimlərin, təcrübəli mütəxəssis və sahibkarların, eyni zamanda startapçı tələbələrin cəlb olunması ilə ölkəmizdə innovasiya siyasətinin gücləndirilməsində beynəlxalq əməkdaşlığın rolunun artırılmasıdır.

Related posts

Taleh Kazımov ABA-ya üzv olan bankların rəhbər şəxsləri ilə görüşüb

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

AzMİ Çinin Milli Metrologiya İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı