Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Vüsal Qasımlı Özbəkistanın beynəlxalq forumunda çıxış edib - BBN

Vüsal Qasımlı Özbəkistanın beynəlxalq forumunda çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Özbəkistanda islahatların qiymətləndirilməsi: Beynəlxalq reytinqlər və indekslər” mövzusunda ikinci beynəlxalq onlayn forumda çıxış edib.  Vüsal Qasımlı “Azərbaycanda iqtisadi islahatların idarəetmə modeli” mövzusunda təqdimatla çıxış edib. O qeyd edib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi siyasət sistemli şəkildə həyata keçirilir. İslahatların həyata keçirilməsi zamanı yeni strategiyalar, proqramlar, tədbirlər planları qəbul edilərkən strateji idarəetmə ilə çevik və adaptiv yanaşma əsas vəhdət kimi götürülür. Bunun üçün özəl sektorun drayver olduğu, innovativ, nəticələrindən bütün cəmiyyət üzvlərinin bəhrələndiyi inklüziv və dayanıqlı inkişaf təmin edilir. Bunun da nəticəsi olaraq Azərbaycan beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirlir.

Qeyd edək ki, Forumda Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbaeva, Baş Nazirin birinci müavini Camşid Kuçkarov, BMT-nin Özbəkistanda daimi koordinatoru Helena Freyzer  də daxil olmaqla  xarici ölkələrin hökumətlərinin, beynəlxalq maliyyə təşkilatlarının, reytinq agentliklərinin, beynəlxalq investisiya banklarının, xarici ölkələrin Özbəkistandakı diplomatik missiyalarının, yerli nazirliklərin 40-dan çox nümayəndəsi iştirak edib.

Vüsal Qasımlının çıxışı ilə təqdim olunan link vasitəsi ilə tanış olmaq mümkündür: https://bit.ly/3qNJmW4

Related posts

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı