Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Vüsal Qasımlı UNESCAP-ın koordinatoru təyin olundu - BBN

Vüsal Qasımlı UNESCAP-ın koordinatoru təyin olundu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCAP) Azərbaycan üzrə yerli koordinatoru təyin olunub. İİTKM-in  Dövlət Gömrük Komitəsi ilə birgə Azərbaycan üzrə yerli koordinator olaraq çıxış etdiyi Komissiya 53 Üzv Dövlət və 9 müttəfiq üzvü olan ən böyük regional hökumətlərarası platforma hesab olunur. ESCAP-ın əsas funksiyası Asiya və Sakit Okean ölkələrinin inklüziv və davamlı inkişafının təmin olunması, eyni zamanda, sözügedən region ölkələri arasında iqtisadi və sosial əməkdaşlığın gücləndirilməsi, rəqəmsallaşmanın artırılması və transsərhəd əməliyyatlarının asanlaşdırılmasıdır.

Komissiya tərəfindən hazırda “Transsərhəd kağızsız ticarətə Azərbaycanın hazırlıq dərəcəsinin yoxlanılması” layihəsi həyata keçirilir. İİTKM-in operatoru olduğu “Rəqəmsal Ticarət Qovşağı” (DTH) transsərhəd əməliyyatlarında rəqəmsallaşmanın təmin olunması və müvafiq infrastrukturun yaxşılaşdırılması baxımından layihənin həyata keçirilməsində aktiv iştirak edir.

Related posts

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı