Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Vüsal Qasımlının Scopus elmi bazasında yerləşən impakt faktorlu “İqtisadiyyat və maliyyə icmalı” jurnalında məqaləsi dərc edilib - BBN

Vüsal Qasımlının Scopus elmi bazasında yerləşən impakt faktorlu “İqtisadiyyat və maliyyə icmalı” jurnalında məqaləsi dərc edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı dirketoru Vüsal Qasımlının Scopus elmi bazasında indeksləşən Böyük Britaniyanın “İqtisadiyyat və maliyyə icmalı” (Review of Economics and Finance) beynəlxalq jurnalında “Monetar Şərait İndeksi Monetar siyasətin izahedicisi kimi. Gürcüstan nümunəsində” (Monetary Conditions Index (MCİ) as an Explanatory of Monetary Policy. Case for Georgia) adlı məqaləsi dərc olunub.

Qeyd edək ki, “İqtisadiyyat və maliyyə icmalı” jurnalı impakt faktora malikdir və onun redaksiya şurasının üzvləri Böyük Britaniya, Yaponiya, Çin, Yeni Zelandiya, İspaniya və s. ölkələrin nüfuzlu universitetlərinin professorlarıdır.  Məqalənin həmmüəllifləri İİTKM-in şöbə müdiri Günay Quliyeva və baş məsləhətçisi Çoşqun Cəfərovdur.

Məqalədə əsas diqqət Monetar Şərait İndeksi istifadə etməklə pul siyasətinin effektivliyini araşdırmağa yönəlib. Araşdırmada qeyd olunur ki, bu indeks faiz dərəcələrini və valyuta məzənnələrini vahid ölçüdə birləşdirir və monetar siyasətin real sektora təsirini qiymətləndirmək üçün istifadə edilə bilər.

Müəlliflər MCI hesablanmasını rüblük əsasda 2011-2021-ci illərin iqtisadi göstəriciləri nəzərə alınmaqla həyata keçiriblər. Məqalədə ekonometrik modelləşdirmədən yararlanaraq, Monetar Şərait İndeksindən monetar siyasətin izahedicisi kimi istifadənin mümkünlüyü nəticəsinə gəlinir.

Məqalə ilə təqdim olunan link vasitəsi ilə tanış olmaq mümkündür: https://refpress.org/ref-vol21-a135/

Related posts

Azərbaycanda inflyasiyanın iki il üzrə proqnozu açıqlanıb

TARİX TƏKRARLANIR: Dünya “Beşinci Neft Şoku”nun astanasında – 100 dollarlıq kabus geri qayıdır!

TƏCİLİ: Neft bazarlarında “İran alovu” – Qiymətlər 100 dolları keçdi, dünya iqtisadiyyatı şokdadır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı