Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Vüsal Xəlilov Mərkəzi Bankda baş direktor təyin edildi - BBN

Vüsal Xəlilov Mərkəzi Bankda baş direktor təyin edildi

Azərbaycan Mərkəzi Bankına (AMB) daha bir baş direktor təyin edilib.

BBN.az quruma istinadən xəbər verir ki, bu, Vüsal Xəlilovdur.

Bununla da, AMB-nin baş direktorlarının sayı 10-a çatıb.

V.Xəlilov 1987-cı ildə Şəkidə anadan olub, 2008-ci ildə Bakı Dövlət Universitetini “İnformatika” ixtisası üzrə bakalavr, 2011-ci ildə isə həmin universiteti eyni ixtisas üzrə magistr dərəcələri ilə bitirib, 2015-ci ildə ADA Universiteti və “Maastricth School of Management” birgə EMBA proqramına daxil olub, 2017-ci ildə həmin universitetləri Beynəlxalq Biznesin İdarəedilməsi ixtisası üzrə magistr dərəcəsilə bitirib, 2020-ci ildə Kopenhagen Biznes Məktəbinin “Maliyyə Sektorunda Rəqəmsal Transformasiya”, 2021-ci ildə isə Harvard Business School-un “Biznes Analizi, Mühasibatlıq və İdarəedənlər üçün İqtisadiyyat” istiqamətlərində xüsusi kurslarda təhsilini davam etdirməklə müvafiq sertifikatlar əldə edib, həmçinin 2014-cü ildə “Oracle” şirkətinin təşkilatın arxitekturası üzrə “OCM” sertifikatına da yiyələnib, 2024-cü ildən İngiltərənin London Metropolitan Universitetində “Tətbiqi Psixologiya” ixtisasını magistr dərəcəsi üzrə təhsilini davam etdirir.

O, əmək fəaliyyətinə 2009-cu ildə “ICL” MMC-də texniki mütəxəssis kimi başlayıb, 2010-2011-ci illərdə “İnfosecurity” MMC-də aparıcı veb-proqramçı vəzifəsində çalışıb, 2011-2016-cı illərdə “Azercell Telekom” MMC-də İnformasiya Kommunikasiya Texnologiyaları departamentində kiçik proqramçı, proqramçı, aparıcı proqramçı, 2016-2018-ci illərdə isə həmin şirkətdə Məhsul və Xidmətin Yaradılması bölməsinin rəhbəri olub, 2018-2020-ci illərdə “PAŞA Bank” ASC-də Rəqəmsal Laboratoriya departamentinin Rəqəmsal Mühəndislik şöbəsinin rəhbəri işləyib, 2021-ci ilin yanvar ayından indiyə qədər Bankın Texnologiya blokunun baş direktoru vəzifəsini icra edib.

Evlidir, üç övladı var.

Related posts

Maliyyə Nazirliyinin Regional Xəzinədarlıq İdarələri yenidən təşkil edilir

ADB: Azərbaycanda dayanıqlı istiqraz bazarının formalaşmasını dəstəkləməyə hazırıq

Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı