Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Wall Street-də "Tramp həyəcanı": Ultimatum sonrası birjalar çöktü! - BBN

Wall Street-də “Tramp həyəcanı”: Ultimatum sonrası birjalar çöktü!

Trampın İran ultimatumu Wall Street-i sarsıtdı: Birjalar enişlə açılır

ABŞ-ın rəsmi Tehranın Hormuz boğazını açması üçün Çərşənbə axşamına qədər vaxt verməsi qlobal maliyyə bazarlarında böyük bir qeyri-müəyyənlik dalğası yaradıb. Trump-ın sərt ritorikasından sonra Nyu-York birjasında (Wall Street) fyuçers göstəriciləri kəskin eniş nümayiş etdirir. İndekslər “qırmızı zona”da: Ultimatum xəbərindən dərhal sonra əsas birja indekslərində aşağıdakı geriləmələr qeydə alınıb:

Dow Jones fyuçersləri: 137 bənd (0,3%) düşüb.

S&P 500 fyuçersləri: 0,4% dəyər itirib.

Nasdaq 100 fyuçersləri: 0,5% aşağı düşərək texnologiya nəhənglərinin gərginlikdən təsirləndiyini göstərib.

İHazırda, bazarlar iki əsas ssenariyə hazırlaşır: ya qısa müddətli diplomatik sülh, ya da neft tədarük zəncirini qıracaq hərbi qarşıdurma. Trampın “elektrik stansiyalarını hədəf alacağıq” xəbərdarlığı, xüsusilə enerji və logistika sektorunda fəaliyyət göstərən şirkətlərin səhmlərinə təzyiq edir. “VIX” Qorxu İndeksi yüksəlir Analitiklər qeyd edirlər ki, bazarın volatilliyini ölçən “qorxu indeksi” (VIX) yüksəlməyə başlayıb. Bu, investorların riskli aktivlərdən qaçaraq daha müdafiə xarakterli mövqelərə keçdiyini göstərir. Əgər sabahkı son müddət (deadline) hərbi toqquşma ilə nəticələnsə, Wall Street-də daha ciddi satış dalğası gözlənilir. Dünya maliyyə nəhəngləri hazırda bütün diqqətini Ağ Evdən gələcək növbəti bəyanata və İranın reaksiyasına yönəldib. İstənilən hərbi addım inflyasiya gözləntilərini və faiz dərəcələri ilə bağlı proqnozları alt-üst edə bilər.

Related posts

Hormuz “tələsi”: Neft hasilatı artsa da, ixrac etməyə yol yoxdur!

Bazarın gözü bu xəbərdə: Gərginliyi donduracaq “Axios” ssenarisi!

QIZIL BAZARINDA “İRAN” ŞOKU: Qiymətlər niyə kəskin enir?

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı