“Wall Street” Amerika şirkətlərinə 2024-cü illə bağlı xəbərdarlıq edib və bildirilib ki, cari ildə də xərcləri ciddi bir şəkildə azaltmalıdırlar.
BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, bununla əlaqəli olaraq ötən həftələrdə bir sıra şirkətlər – Nike, Mattel, PayPal, Cisco, Levi Strauss və UPS işçilərinin sayını azaldıblar və “kəmərləri” sıxıblar.
Qeyd edək ki, 2023-cü ildə banklar xeyli sayda işçi ixtisarına başlamışdılar. Ötən il ən böyük 5 banklardan olan “Wells Fargo”, “Goldman Sachs” ümumilikdə 20.000-dən çox iş yerini ixtisar etmişdilər. Hazırda isə bu banklar 2024-cü ildə ABŞ Mərkəzi Bankının (FED) faiz azalmalarına gedəcəyi zamanı gözləyirlər.
Başqa bir rəqəmlər isə göstərir ki, cari ilin yanvarında Amerika şirkətləri 82.307 iş yerini ixtisar ediblər. Bu isə dekabrdakı rəqəmlərdən 2 dəfə çox olsa da, bir il öncə ilə müqayisədə yenə də 20% aşağı olaraq qalmaqdadır.