Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Walmart” yeni “fintech” startapı yaratmağı planlaşdırıb

“Walmart” yeni “fintech” startapı yaratmağı planlaşdırıb

ABŞ mərkəzli pərakəndə satış sektorunun nəhəng korporasiyalarından olan “Walmart Inc” maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən startap yaratmaq fikrindədir. Belə bir addımın atılmasında əsas səbəb kimi, şirkətin bazarda ən böyük rəqibi olan “Amazon” ilə texnologiya sahəsində rəqabətini gücləndirməyi planlaşdırması göstərilib.

“Robinhood Markets” şirkətinin investoru olaraq tanınan “Ribbit Capital” ilə əməkdaşlıq çərçivəsində yaradılması planlaşdırılan bu startapın “Walmart”ın milyonlarla müştərisinə mobil ödəniş imkanı tanıması, eləcə də mobil tətbiqetmə vasitəsilə bank hesablarının idarə edilməsi imkanını tanıması gözlənilir. Bununla belə, sözügedən şirkət üçün bankçılıq lisenziyasına müraciət edilməyəci açıqlanıb.

“Walmart” tərəfindən adı açıqlanmayan bu şirkətə rəhbər olaraq “Goldman Sachs Group”un keçmiş senior menecerləri Ömər İsmayıl və David Stark təyin olunacaq.

Related posts

“Samsung” çip sənayesinə 73 milyard dollar sərmayə qoyacaq

“Nebius” konvertasiya olunan istiqrazların yerləşdirilməsi nəticəsində $4 mlrd. cəlb edib

Süni intellektlə hazırlanmış foto, video və audio materiallara dair yeni tələb qoyulur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı