“Wells Fargo” skandalı böyüyərək davam edir

ABŞ-da ikinci ən böyük bank olan “Wells Fargo”nun saxta hesablarla bağlı problemi getdikcə dərinləşməkdədir.

CNN Money-nin məlumatına əsasən, bankın keçmiş işçisinin 2007-ci ildə yazdığı məktuba əsasən, bank hesabları ilə bağlı qeyri-qanuni fəaliyyətinin keçmişi 10 il əvvələ dayanır. Ötən həftə istefa ərizəsi verən bankın keçmiş rəhbəri Con Stampfa yazılan məktubda adı bildirilməyən, lakin 1992-ci ildən indiyə qədər bankda işləyən bir işçinin öz şöbəsində açılan saxta hesabları “qeyri-etik və qanunsuz” qəbul etdiyi və bank daxilində lazımlı insanlara bildirdiyi qeyd olunub.

Qeyd edək ki, məktubda sözügedən fəaliyyətin geniş bir şəkildə həyata keçirildiyi və təşviq olunduğu da yazılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır