“Western Union” Rusiya və Belarusda əməliyyatlarını dayandırır

Dünyanın ən böyük pul köçürmələri və ödənişləri sistemi “Western Union” Rusiya və Belarus bazarından çıxdığını açıqlayıb. Şirkət rəsmisi tərəfindən verilən açıqlamaya görə, artıq sözügedən ölkələrdə əməliyyatlar dayandırılıb və şirkətin ölkədəki törəmə qurumu “LLC NBFC Western Union DP Vostok” bununla bağlı Rusiya Mərkəzi Bankına müraciət edib. “Western Union” ilə pul köçürmələrinin 24 mart tarixinədək tam dayandırılması planlaşdırılıb.

 Məlumat üçün qeyd edək ki, bundan əvvəl “Visa” və “Mastercard” ödəniş sistemləri, eləcə də Yaponiyanın JCB ödəniş sistemi Rusiyada əməliyyatlarını dayandırıb.

TASS

Related posts

Növbəti valyuta hərracı keçirilib

Bu günün valyuta məzənnələri-16.07.2024

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı