“Whatsapp” ödəniş funksiyasını istifadəyə verib

Dünyanın ən böyük mesajlaşma tətbiqetmələrindən olan “Whatsapp” aylardır üzərində işlədiyi ödəniş funksiyasını istifadəyə verib. İlk olaraq Braziliyada istifadəyə verilən bu funksiya ilə istifadəçilər heç bir rüsum ödəmədən ödənişlərini həyata keçirə biləcəklər. Digər tərəfdən, bizneslər üçün ödənişlərin qəbul edilməsi 3.99%-lik prosessinq rüsumu ilə həyata keçiriləcək. Ödənişlər 6 rəqəmli PIN kod və ya biometrik təsdiq funksiyası ilə qorunacaq.

Braziliyada istifadəçilər “Banco do Brasil”, “Nubank” və ya “Sicredi” bankdan əldə etdikləri debit və ya kredit kartlarını tətbiqetməyə inteqrasiya etməklə ödəniş funksiyasını aktivləşdirə biləcəklər.

“Whatsapp” tətbiqetməsinin sahibi olan “Facebook” şirkəti uzun müddətdir ki, Hindistanda sözügedən funksiyanın sınaqlarını həyata keçirdiyindən, Braziliyadan çox Hindistanın ilkin ölkə olaraq seçilməsi ehtimal edilirdi. Digər tərəfdən Braziliya (120 milyon)  ilə müqayisədə Hindistanın 400 milyonluq aktiv istifadəçi bazası da bunu düşünməyə vadar edirdi. Lakin, şirkətdən verilən açıqlamada, Hindistanda tənzimləyici qurum ilə razılığın əldə oluna bilməməsi sözügedən prosesi gecikdirib.

Related posts

Şərq Tərəfdaşlığı ölkələrinin İKT və kibertəhlükəsizlik assosiasiyaları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Smartfon bazarı süni intellektin təsiri ilə 6 faiz böyüdü

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı