“World Economic Forum” hiperinflyasiyanın tərifini verib

Bir çox ölkələr məhsul və xidmətlərin qiymətlərinin yüksəldiyinin şahidi olurlar. Bu hamının bildiyi kimi inflyasiya adlandırılır. Bəs, hiperinflyasiya nədir və buna görə narahat olmalıyıqmı? Hiperinflyasiya o zaman baş verir ki, təkcə bir ayda qiymətlər kəskin şəkildə ən azı 50%-ə qədər artmış olur. Pulun dəyəri düşür və insanlar əllərindəki valyutanı çox tez bir zamanda xərcləyib bitirirlər. Valyuta vahidinin dəyəri düşdüyünə görə, dövriyyədə daha çox pul olur. Bu isə ən pis döngünü xatırladır.

BBN.az xəbər verir ki, “World Economic Forum” bununla bağlı maarifləndirici video paylaşıb.

“İnsanlar sadə ehtiyaclarını qarşılamaqda çətinlik çəkirlər, yaşayış standartları aşağı düşür. Bəzi insanlar isə mövcud iqtisadi vəziyyətlə bağlı olaraq müflis olurlar. Başqaları isə mallar və ərzaqları həddindən artıq alıb saxlayırlar, bu isə bəzi məhsul və ərzaqlar üzrə çatışmazlığa səbəb olur. İnsanlar daha çox stabil pul vahidindən istifadə etməyə başlayırlar, məsələn, ABŞ dolları bura daxildir. Fövqəladə vəziyyətlərdə isə onlar məhsul və xidmətlərin dəyişdirilməsi ilə məşğul olurlar. 

Beləliklə, hiperinflyasiya müxtəlif səbəblərdən baş verə bilər. Məsələn, Mərkəzi Bank iqtisadi tənəzzülə cavab vermək üçün həddindən artıq pul vahidi çap edir. Lakin ekstra pul çap edilməsi iqtisadi inkişafın əlaməti deyil. Hiperinflyasiya, həmçinin, o zaman baş verə bilər ki, vətəndaşlar müharibə və böhran zamanı öz pul vahidlərinə qarşı inamlarını itirirlər. Nəticədə, insanlar dəyəri olan məhsulların həddindən çox alıb saxlanılması ilə məşğul olurlar. 

Tarixdə bir neçə dəfə hiperinflyasiya baş verib. Ən məşhur hiperinflyasiyaya nümunə kimi 1920-ci illərdə Almaniyada baş verən hiperinflyasiyanı göstərmək olar, həmin zaman bu rəqəm 30 000%-ə çatmışdı. 1923-cü ilin yanvarında Berlində bir çörəyin qiyməti 250 marka idi. 1923-cü ilin noyabrına qədər 200 000 milyon markaya başa gəlib.   

Hiperinflyasiya ölkə üçün fəlakətli ola və iqtisadiyyatın çöküşünə sürükləyə bilər. Hiperinflyasiyanı sonlandırmaq isə çətin ola bilər, pul vahidinin yoxa çıxması, yaxud yeniləri ilə əvəz edilməsi, yaxud da əcnəbi pul vahidindən istifadə ilə nəticələnə bilər”, – deyə “World Economic Forum”-un məlumatında deyilir. 

İnflyasiya sizə necə təsir edir?

Related posts

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

ABB “Yaşıl dünya” təşəbbüslərinə dəstək olaraq BMT-nin Qlobal Sazişinə qoşuldu

Zəhra Zümrüt: “İslam maliyyəsi bazarının həcmi 2026-cı ilə qədər 5,9 trilyon ABŞ dollarına çatacaq”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı