WSJ: Dünyanın ikinci ən böyük kinoteatrlar şəbəkəsi müflis olmağa hazırlaşır

Regal Cinemas-ın sahibi çətin vəziyyətdədir – cümə günü səhmlərinin dəyəri 80%-ə qədər enib. Bu isə ana şirkətinin müflis olmağa hazırlaşmasının xəbərini verən hesabatdan sonra baş verib.

BBN.az CNN Business-ə istinadən xəbər verir ki, Britaniya şirkəti Cineworld Group, Kirkland & Ellis LLP-də vəkillər ilə danışıb və bu ABŞ və Böyük Britaniyada müflislik prosesinə başlaması haqqında tövsiyə alması ilə bağlı olub.

Wall Street Journal (WSJ) tərəfindən olan hesabata, əsasən səhmlər yenidən bərpa olunmağa başlayıb, amma cümə günü ticarət başlayandan bəri olan rəqəmdən hələ də 60% aşağı qiymətdir.

Cineworld Group pandemiya zamanı axında qalmağı bacarmamışdı, qlobal səviyyədə kinoteatrlarını bağlamışdı, nəticədə 2020-ci ilə 2.7 milyard dollar, 2021-ci ildə isə 566 milyon itki yaranmışdı. 

Bu həftənin əvvəlində isə Cineworld özünün press-relizində bildirmişdi ki, ötən yazdan bəri tədricən baş verən bərpaya rəğmən, nəticələr gözləntilərdən aşağıdır. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı