Home » “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin Faza 1 və Faza 2 layihələri TYNDP 2026 portfelinə daxil edilib

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin Faza 1 və Faza 2 layihələri TYNDP 2026 portfelinə daxil edilib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) növbəti Onillik Şəbəkə İnkişaf Planı (TYNDP) çərçivəsində qiymətləndiriləcək elektrik enerjisi infrastrukturu layihələrinin ilkin siyahısı dərc olunub. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin Faza 1 və Faza 2 layihələri TYNDP 2026 layihə portfelində yer alıb. Ümumilikdə bu portfelə 178 ötürmə və 49 saxlama layihəsi daxil edilib.

Bu layihələr 2025-ci ilin aprel-may aylarında keçirilmiş ilk müraciət mərhələsində layihə təşəbbüskarları tərəfindən təqdim edilib. ENTSO-E bütün müraciətlərin TYNDP 2026 üçün qəbul meyarlarına uyğunluğunu yoxlayıb və Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edən “Yaşıl Enerji Dəhlizi” layihəsinin də tələblərə cavab verdiyi təsdiqlənib. Növbəti mərhələdə, ikinci müraciət pəncərəsi 2025-ci il 15 sentyabr – 15 oktyabr tarixləri arasında açıq olub və ideya mərhələsində olan layihələri hədəfləyib. Bütün təqdim edilmiş layihələr 2025-ci ilin noyabr ayında inzibati və texniki yoxlamadan keçiriləcək. 2026-cı il ərzində TYNDP 2026 portfelinə daxil olan bütün layihələr üzrə xərclər və faydalar təhlili (cost-benefit analysis) aparılacaq. Nəticələr isə 2026-cı ilin sonlarında açıqlanacaq.

Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb. Layihənin icrasına məsul qurum “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO) yaradılıb. İndiyə qədər Nazirlər/Rəhbər Komitənin 10 iclası keçirilib. Layihənin texniki-iqtisadi əsaslandırması isə “CESI” şirkəti tərəfindən həyata keçirilir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.