“Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”nun növbəti görüşü keçirilib


20 sentyabr 2019-cu il tarixində “Unibank” ASC-nin Baş ofisində “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib.

Görüş zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankının not hərracları haqqında müzakirə aparılıb.

Qeyd edək ki, Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu 2018 – ci ilin fevral ayında ABA nəzdində yaradılmışdır.  ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır