“Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”nun növbəti iclası baş tutub

01 avqust 2019-cu il tarixində Bank “BTB” ASC-nin Baş ofisində “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib.

Görüşdə təminatlı pul bazarı, eləcə də digər mövzularda müzakirələr aparılıb. Görüşdə “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”nun üzvləri iştirak edib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır