Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
2020-ci il üzrə əmək yarmarkalarının keçirilməsinə başlandı - BBN

2020-ci il üzrə əmək yarmarkalarının keçirilməsinə başlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2020-ci il üzrə əmək yarmarkalarının keçirilməsinə başlanıb.

Bu il üçün ilk əmək yarmarkaları Şabran və İsmayıllı rayonlarında təşkil olunub. Hər iki aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 62 müəssisədən 434 vakant iş yeri təqdim edilib. Cari ildə ölkəmizin 58 şəhər və rayonunda 100 əmək yarmarkasının keçirilməsi planlaşdırılır.

 Əmək yarmarkalarında müəssisələrdə olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunur və onlara bu vakant iş yerlərinə göndərişlər verilir, peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər peşə hazırlığına cəlb olunurlar. Vətəndaşların ödənişli ictimai işlərə, özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı da aparılır.

Ötən il Dövlət Məşğulluq Xidmətinin keçirdiyi əmək yarmarkalarında 3500-ə yaxın şəxsin məşğulluğu təmin edilib, 300 nəfər peşə hazırlığına, 311 nəfər ödənişli ictimai işlərə cəlb edilib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı