“X-ray aparatlarının təsvirlərinin oxunması” mövzusunda seminar keçirilir

İyunun 11-dəÜmumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “X-ray aparatlarının təsvirlərinin oxunması” mövzusunda milli seminar başlayıb.

BBN.az xəbər verir ki, seminarda Dövlət Gömrük Komitəsinin bütün gömrük-keçid məntəqələrinin mütəxəssisləri iştirak edir.

Artıq Azərbaycanın 9 gömrük-keçid məntəqəsində avtomobillərin, 2 dəmiryol-keçid məntəqəsində isə qatarların gömrük nəzarətinin dünyada ən müasir avadanlıq hesab edilən “Smith Detection” vasitəsilə həyata keçirildiyini bildirən Əsgər Abdullayev, seminarın bu avadanlıqlardan daha səmərəli şəkildə istifadə olunacağına şərait yaradacağını deyib.

Rusiya Gömrük Akademiyasının Sankt-Peterburq filialının kafedra müdiri Pyotr Afonin skanlaşdırma avadanlıqlarının ticarətin sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsi, risklərin azaldılması istiqamətindəki əhəmiyyətindən danışıb və seminarın bu sahədə Azərbaycan gömrükçülərinə yeni bilik və bacarıqlar qazandıracağına ümidvar olduğunu bildirib.

Qeyd edək ki, 4 gün davam edəcək seminarda Rusiya Gömrük Akademiyasının Sankt-Peterburq filialının kafedra müdirləri Pyotr Afonin və Valeriy Zubov yoxlama-baxış sistemlərinin tarixi, təsnifatı, bu sistemlərin mallar və nəqliyyat vasitələrinin gömrük nəzarətində tətbiqi, yoxlama-baxış sistemləri vasitəsilə əldə edilən rentgen təsvirlərinin əyani analizi və digər mövzularda iştirakçılara məlumat verəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır