Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Xaçmaz KOB evi”ndə yeni xidmət pəncərəsi fəaliyyətə başlayıb - BBN

“Xaçmaz KOB evi”ndə yeni xidmət pəncərəsi fəaliyyətə başlayıb

Yanvarın 5-dən etibarən “Xaçmaz KOB evi”ndə yeni xidmətlər göstərilməyə başlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən təqdim edilən vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi, peşə hazırlığına cəlb olunma, özünüməşğulluq proqramına müraciət, əmək yarmarkalarının təşkil edilməsi, işsizlikdən sığorta ödənişinin təyin edilməsi və s. kimi məşğulluq xidmətlərinə müraciətlərin qəbulu artıq “Xaçmaz KOB evi”ndə həyata keçiriləcəkdir. Bu xidmətlərdən istifadə etmək istəyən şəxslər DMA-nın “Xaçmaz KOB evi”ndə fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər.

Qeyd edək ki, KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən göstərilən “G2B” və “B2B” xidmətlərin təqdim edildiyi vahid məkandır. KOB evlərində 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir. Hazırda Bakı, Xaçmaz, Şuşa və Yevlax şəhərlərində KOB evləri, Xudat şəhərində “Xaçmaz KOB evi”nin xidmət mərkəzi fəaliyyət göstərir. Sahibkarlar biznesin qeydiyyatı, biznes fəaliyyəti üçün zəruri olan sənədlər, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal xidmətlərə qoşulmaq, bank, sığorta və s. xidmətlər üçün KOB evlərinə müraciət edə bilərlər. 

Related posts

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 57 %-dən çox azalıb

“AzerGold”un ixrac gəlirləri 24%-dən çox artıb

Son iki ayda büdcədən 25 milyon manat geri qaytarılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı