Xaçmaz KOB İnkişaf Mərkəzi məsləhət xidmətlərini distant formada davam etdirir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən göstərilən məsləhət xidmətləri distant formada davam etdirilir.

Növbəti məsləhət xidməti “Biznes planın hazırlanması” mövzusuna həsr olunub. Bu məsləhət xidmətlərindən yararlanan mikro, kiçik və orta biznes (KOB) subyektləri hazırda öz biznes planlarını hazırlayırlar. Növbəti mərhələdə həmin biznes planlardan istifadə edərək KOB-lar mövcud bizneslərini inkişaf etdirəcək, yeni bizneslər yaradacaqlar.

Sahibkarlıq fəaliyyəti ilə bağlı Xaçmaz KOB İnkişaf Mərkəzinin onlayn məsləhət xidmətlərindən istifadə etmək istəyən KOB-lar qeyd olunan əlaqə vasitələrinə müraciət edə bilərlər:

Telefon/Whatsapp: (055) 222 15 04 (Rauf Əliyev),

e-mail: khachmazkobim@gmail.com

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı