Xaçmazda sahibkarlar üçün maarifləndirmə tədbiri

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti  regionlarda fəaliyyət göstərən sahibkarlarla istehlakçı hüquqlarının müdafiəsi sahəsində görüşlərin keçirilməsini davam etdirir. Növbəti belə görüş Xaçmaz şəhərində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla təşkil edilib.

Görüşdə  Dövlət Xidmətinə daxil olan istehlakçı müraciətləri ilə bağlı müzakirələr aparılıb. Sahibkarlara, həmçinin istehlak bazarında nəzarət sahələri və aparılan nəzarət tədbirləri barədə məlumat verilib, istehlakçı məmnuniyyəti və istehlakçı hüquqlarının təmin edilməsinin vacibliyi vurğulanıb. Sahibkarlar qüsurlu mallara və qüsurlu xidmətlərə görə istehlakçının hüquqları, zəmanət öhdəlikləri, ərzaq mallarının satışına dair tələblər, servis və ya əlavə xidmət haqqı, malın dəyişdirilməsi və ya qaytarılması  qaydaları barədə məlumatlandırılıb.

Qeyd edək ki, bundan əvvəl Gəncə, Cəlilabad və Şamaxı şəhərlərində də sahibkarlarla  belə görüşlər keçirilib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı