“Paşa Bank”ın xalis mənfəəti 30%-ə yaxın artıb

“Paşa Bank”ın xalis mənfəəti 30%-ə yaxın artıb.

BBN.az xəbər verir ki, bu sözləri “Paşa Bank” ASC-nin İdarə heyətinin üzvü, Baş risk inzibatçısı Xəyalə Nağıyeva 2017-ci ilin sonuna aid maliyyə göstəricilərinin açıqlanması ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Belə ki, bankın xalis mənfəəti 29% artaraq 89.092 milyon manat təşkil edib. Həmçinin, bankın cəmi kapitalı 2% artaraq 499.149 milyon manat, aktivləri isə 20% yüksələrək 3 958.415 milyon manat olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır