Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Xalq Bank və Qatar Airways əməkdaşlığı müştərilərə xüsusi fürsətlər təqdim edir - BBN

Xalq Bank və Qatar Airways əməkdaşlığı müştərilərə xüsusi fürsətlər təqdim edir

Xalq Bank dünyanın ən nüfuzlu aviaşirkətlərindən olan və “Skytrax World Airline” tərəfindən 2025-ci ildə artıq 9-cu dəfə “Dünyanın ən yaxşı aviaşirkəti” adına layiq görülmüş “Qatar Airways” ilə eksklüziv əməkdaşlığını davam etdirir. 31.03.2026-cı ilədək davam edəcək kampaniya ərzində Xalq Bankın istənilən Mastercard və ya Visa ödəniş kartı ilə “Qatar Airways”dən seçilmiş aviabiletləri 5 % endirimlə əldə etmək mümkün olacaq. Endirimdən yararlanmaq üçün https://www.qatarairways.com/en-az/offers/cug/xalq-bank.html səhifəsinə daxil olaraq uçuş istiqamətlərini seçmək və ödənişi Xalq Bank kartı ilə aparmaq kifayətdir. QRXALQ25 promokodu səhifəyə avtomatik bərkidilmişdir. Təklif həm biznes, həm də ekonom sinif uçuşlarına şamil olunur. Kampaniyada Xalq Bankın emissiya etdiyi bütün Visa və Masterсard ödəniş kartları iştirak edir.

Kampaniya 31.03.2026-cı il tarixədək davam edəcək. Kampaniya zamanı alınmış aviabiletlərin səyahət dövrü isə 31.05.2026-cı il tarixədəkdir.

Təklif yoladüşmə məntəqəsi Heydər Əliyev Beynəlxalq Aeroportu (GYD) olmaqla “Qatar Airways”in Doha şəhəri üzərindən həyata keçirilən tranzit uçuşlarına şamil edilir. Endirimlər Barselona, London, Maldiv adaları, Sidney, Toronto, Nyu-York, Tokio, Sinqapur, Pekin şəhərləri daxil olmaqla 50 istiqamətdə uçuşlarda keçərlidir.

Xalq Bank ödəniş kartlarını həm geniş filial şəbəkəsindən, həm də https://cardorder.xalqbank.az/ linki vasitəsilə keçid edərək onlayn sifariş vermək mümkündür. Bakı ərazisində kartların çatdırılması pulsuzdur.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Related posts

AMB-nin departament rəhbəri: Bank sektorunda dayanıqlılığın artırılması prioritetdir – MÜSAHİBƏ

Azərbaycan Mərkəzi Bankı: Kredit reytinq agentlikləri kapital bazarlarının inkişafına təkan verəcək

Bakı Fond Birjasında “Yerli Kapital Bazarlarında Yeniliklər və Gələcək Əməkdaşlıq İmkanları” mövzusunda tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı