Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Xalq Bank yenilənmiş Fərdi bankçılıq ofisini istifadəyə verdi - BBN

Xalq Bank yenilənmiş Fərdi bankçılıq ofisini istifadəyə verdi

27 dekabr tarixində 20 illik yubileyini qeyd edən Xalq Bank, müştərilərinə daha yüksək keyfiyyət və fərdi yanaşmaya əsaslanan xidmət təcrübəsi təqdim etmək məqsədilə yenilənmiş Fərdi bankçılıq ofisinin açılışını həyata keçirtdi. Bu, Bankın yüksək müştəri məmnuniyyətini təmin etmək istiqamətində atdığı növbəti mühüm addımdır.

“Müştərilərimizin rahatlığı və yüksək səviyyəli bank xidmətlərindən yararlanması bizim üçün hər zaman prioritetdir. Bu ofis, premium xidmət standartları ilə müştəri ehtiyaclarına xüsusi diqqət yetirərək onların rahatlığı və peşəkar xidmətlə təmin edilmələrini ön planda tutur. Məqsədimiz fərdi yanaşma və müasir xidmətlərlə müştərilərimizin gözləntilərini qarşılamaq, onlara eksklüziv bank xidmətləri təqdim etməkdir.” – Xalq Bankın İdarə Heyətinin sədri, Baş icraçı direktor Kamran Məcidov bildirib.

Ofisin konsepsiyasında rahatlıq və eksklüzivliyin bir araya gətirilməsinə maksimum diqqət yetirilmişdir. Burada müştərilərin rahatlığı üçün zövqlə dizayn edilmiş və müasir texnologiyalarla təchiz olunmuş xüsusi xidmət otaqları və zallar mövcuddur. Ofis bank xidmətlərinin təqdim edilməsi, özəl bank meneceri ilə işgüzar müzakirələr aparmaq üçün lazımi şəraitlə təmin edilib.

Fərdi bankçılıq ofisində müştərilərin ehtiyaclarına uyğunlaşdırılmış maliyyə həlləri və peşəkar məsləhətlər, əmanət, plastik kart, kredit və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ fərdi bank xidmətləri təklif olunur.

Fərdi bankçılıq ofisi Bankın Bakı şəhəri, İnşaatçılar prospekti 22L ünvanında yerləşən Baş ofis inzibati binasında həftə içi 5 gün saat 9:00-dan 18:00-dək xidmət göstərəcək.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

 

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı