Xalq Bankda sərfəli kredit kampaniyası davam edir

Kampaniya şərtlərinə əsasən müştərilər istehlak kreditini müddətdən asılı olmayaraq illik 12%-lə əldə edə bilərlər. Kredit zaminliklə 48 ay müddətinə 35 000 manatadək, təminatsız isə 36 ay müddətinə 20 000 manatadək təklif edilir. Müraciətçi sonuncu iş yerində 12 aylıq iş stajına malik olmalıdır. Kampaniya 31 dekabradək qüvvədədir.

Əlavə olaraq, 30 sentyabradək daşınmaz əmlakın girovu ilə verilən istehlak kreditləri 59 ayadək müddətə və illik 12% şərti ilə təklif edilir.

Kampaniyadan yararlanmaq istəyənlər https://loanorder.xalqbank.az/ üzərindən onlayn sifariş edə və ya Xalq Bankın istənilən filialına müraciət edə bilərlər. Xalq Bank müştəriləri isə həm də XalqOnline mobil tətbiqi üzərindən onlayn sifariş yerləşdirə bilərlər.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Related posts

Unibank Mastercard kartınla iHerb-dən 30 %-lik endirim qazan!

Maliyyə Nazirliyinin 1092 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Maliyyə Nazirliyinin 364 günlük qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı