Xalq Bankdan hər kəsə kredit: illik 12%-dən başlayaraq!

Xalq Bank sərfəli kredit məhsulundan hər kəsin yararlanması üçün bir müddət əvvəl başlamış və müştərilər tərəfindən böyük maraqla qarşılanmış istehlak krediti kampaniyasını hər kəs üçün əlçatan edir.

Kampaniya şərtlərinə əsasən artıq rəsmi iş yeri olan hər kəs istehlak kreditini illik faiz dərəcəsi 12 ay müddətinə cəmi 12%, 48 ayadək müddətinə isə 14% olmaqla, zaminsiz 15 000, zaminliklə 30 000 manatadək (region filiallarında zaminsiz 8 000, zaminliklə 15 000 manatadək) məbləğdə əldə edə bilər. Bunun üçün müraciətçi qeyd olunan sahədə sonuncu iş yerində 12 aylıq iş stajına malik olmalıdır.

31 iyul 2023-cü il tarixədək qüvvədə olan kampaniyadan yararlanmaq istəyənlər Xalq Bankın istənilən filialına, cari Xalq Bank müştəriləri isə həm də XalqOnline tətbiqi üzərindən müraciət edə bilərlər.

Bank xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı