Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Xalq Bankdan özünüməşğulluq layihəsi çərçivəsində növbəti dəstək - BBN

Xalq Bankdan özünüməşğulluq layihəsi çərçivəsində növbəti dəstək

Özünüməşğulluq proqramı çərçivəsində iştirakını 2023-cü ildə də davam etdirən Xalq Bank daha 20 aztəminatlı ailəni kiçik bizneslərini qurmaq və ya inkişaf etdirmələri üçün zəruri avadanlıqlar ilə təmin edərək öz tövhəsini vermişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən həyata keçirilən layihənin əsas məqsədi əhalinin aztəminatlı və həssas qruplarının məşğulluğunun artırılması və kiçik sahibkarlığa çıxışının dəstəklənməsində əlavə imkanlar yaratmaqdır.

Qeyd edək ki, Özünüməşğulluq proqramı çərçivəsində 2021-ci ildən başlayaraq Xalq Bank tərəfindən ümumilikdə 145 ailəyə dəstək göstərilmişdir.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Related posts

Maliyyə Nazirliyinin Regional Xəzinədarlıq İdarələri yenidən təşkil edilir

ADB: Azərbaycanda dayanıqlı istiqraz bazarının formalaşmasını dəstəkləməyə hazırıq

Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı