XalqKartla bayram günlərində 5% keşbek/petrol qazanın!

Xalq Bank Ramazan bayramı günlərində XalqKart sahibləri üçün bol qazanclı növbəti kampaniyaya start verir!

10-14 aprel tarixlərdə XalqKart sahibləri 5 kateqoriya üzrə alış-verişlərdə bayrama özəl 5% keşbek/petrol əldə edəcəklər. Belə ki, kampaniya ərzində XalqKart Petrol kartı bütün market, kafe və restoran, YDM-lər, kino, konsert, muzey və teatr ödənişləri, eləcə də hotel və turizm xidmətləri üzrə nağdsız ödənişlərdən 5% petrol, XalqKart Cashback kartı isə 5% keşbek qazandıracaq.

Xatırladaq ki, XalqKart Petrol ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən bonus qazanıb toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda AZN qalığına illik 8% əlavə gəlir, ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək komissiyasız köçürmə və aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma imkanları mövcuddur. Hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğində keşbek/bonus qazana bilər.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Related posts

Maliyyə Nazirliyinin 728 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

“TələbəPlus” kartı ilk sahiblərinə təqdim edildi: tələbələri geniş imtiyazlar gözləyir

Taleh Kazımov ABA Rəyasət Heyətinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı