“Xiaomi” “Apple”ı geridə qoyaraq dünyada ikinci ən böyük smartfon brendi oldu

“Xiaomi” bu ilin avqustunda “Apple”ı geridə qoyaraq dünyada ikinci ən böyük smartfon brendi olub.

BBN.az xəbər verir ki, bu barədə “Counterpoint Research” tədqiqat təşkilatının yeni hesabatında bildirilib.

“Xiaomi”nin smartfon satışları 2024-cü ilin avqustunda sabit qalıb, “Apple” isə eyni dövrdə mövsümi azalma göstərib. 2022-ci ildən 2023-cü ilin birinci yarısına qədər “Xiaomi” mobil telefonları tədarük zəncirində çətinliklərlə üzləşib (eyni problemlə digər istehsalçılar da qarşılaşıb), lakin şirkət məhsul, satış və paylama kanalları strategiyasına düzəlişlər edib ki, bu da qeyd edilən nəticəyə gətirib çıxarıb.

“Counterpoint Research”dən bildirilib ki, 2024-cü ilin birinci yarısında “Xiaomi”satışları illik 22% artaraq ən sürətlə böyüyən brendlərdən birinə çevrilib. İlin ikinci yarısında artım yavaşlaya bilər, lakin “Xiaomi”nin 2024-cü il ərzində yenə də ikirəqəmli artım göstərəcəyi gözlənilir.

Related posts

“Nvidia”nın xalis mənfəəti və gəliri 2 dəfə artıb

Nüfuzlu təhsil müəssisəsi Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına başlayır

Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı