“Xiaomi” elektromobil bazarına qoşulub

Çinin texnologiya nəhəngi “Xiaomi Corporation” elektriklə işləyən avtomobil bazarına daxil olub. Belə ki, ağıllı telefon istehsalı ilə daim gündəmdə olan şirkət özünün ilk avtomobil istehsalı şirkətini rəsmi qeydiyyatdan keçirib.

“Xiaomi EV İnc” adı altında qeydiyyata alınan şirkətin ilkin investisiya kapitalı 1.55 milyard dollar (10 milyard yuan) təşkil edib və mərkəzi ofisi Pekin şəhərində yaradılıb. Şirkətin ilkin işçi heyəti olaraq 300 yeni əməkdaş işə götürülüb.

Məlumat üçün qeyd edək ki, “Xiaomi” şirkəti mart ayında mətbuata verdiyi açıqlamasında yaxın dövrdə elektromobil bazarına daxil olacağını və bu sahəyə növbəti on ildə 10 milyard dollardan artıq investisiya yatıracağını açıqlayıb. Bununla yanaşı, avqust ayının sonlarına yaxın, “Xiaomi” şirkəti elektriklə işləyən avtomobillərin istehsalının dəstəklənməsi məqsədilə Çində 4 ilə yaxındır fəaliyyət göstərən “Deepmotion” texnologiya startapını 77.3 milyon dollar qarşılığında satın alıb.

“Xiaomi” şirkəti texnologiya sahəsində böyük nüfuza malik olsa da, şirkəti elektrikli avtomobil sahəsində Çin bazarında “Geely”, “BYD”, “SAİC”, “Baidu” kimi bir sıra köklü rəqiblər gözləyir.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

“Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı