“Xiaomi” yeni zavodunun inşasında son mərhələyə çatıb

Çində keçirilən “World 5G” konfransında çıxış edən “Xiaomi” CEO-su Lei Jun yeni zavodun inşasının dekabr ayında tamamlanacağını açıqlayıb. Əsasən 5G dəstəkli yeni flagman modellərin istehsalı üçün istifadə olunacaq bu zavod Pekin İqtisadi və Texnoloji İnkişaf Zonasında (Yizuang) yerləşir.

Yeni zavod 187 min kvadratmetr ərazini əhatə edəcək. Zavodda bulud texnologiyalarından istifadənin və istehsalın səmərəliliyini artırmaq üçün böyükhəcmli avtomatlaşdırılmış istehsal xəttləri və 5G laboratoriyaları mövcud olacaq.

Yeni zavodu digərlərindən fərqləndirən əsas cəhət onun istehsal sürəti və istehsal həcmidir. Belə ki, istehsal sürəti 60% artırılaraq dəqiqədə 60 ağıllı telefona (hər saniyədə 1 ağıllı telefon) çatdırılıb. İlkin istehsal ilində 1 milyon ağıllı telefon istehsal olunacağı istehsal olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır