XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində regionun ən genişmiqyaslı və ən çox ziyarət edilən sərgilərindən biri – 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinə həsr olunmuş (“Caspian Agro 2019”) mətbuat konfransı keçirilib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinun beynəlxalq əməkdaşlıq şöbəsinin Protokol sektorunun müdiri Toğrul Qafarbəyli, Caspian Event Organisers şirkətinin regional direktoru Edvard Stron, Caspian Event Organisers şirkətinin layihə rəhbəri Zarina Məmmədova, Caspian Event Organisers şirkətinin tədbirlər üzrə meneceri Svetlana Fuks, şirkətin əməkdaşı Nigar Əliyeva, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini Aysel Fərziyeva iştirak ediblər.  

Təşkilatçılar bildiriblər ki, builki sərgi dünyanın 32 ölkəsini təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirib. Keçən il ilə müqayisədə sərginin ekspozisiya sahəsi 20% artıb. Eksponentlərin 70%-ni xarici şirkətlər təşkil edir.

Bu il “Caspian Agro” sərgisi öz tarixinin ən genişmiqyaslı tədbirini keçirir. Sərgi dünyanın 26 ölkəsini təmsil edən 240 şirkət nümayəndələrini bir araya gətirib. Gürcüstan və Niderland Krallığı sərgidə milli qruplar ilə iştirak edir. Sərgidə ənənəvi iştirakçılar ilə yanaşı, debüt edən ölkə – Mərakeş də yer alır.  Sərgidə debüt edən şirkətlərin sayı tədbir iştirakçılarının 40%-ni təşkil edir. “Caspian Agro” sərgisinin qeydiyyat sponsoru “Prior Leasing” şirkətidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır