Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Xırdalanda və Sabirabadda keçirilən yarmarkalarda 250-dən çox vakansiya təqdim edilib - BBN

Xırdalanda və Sabirabadda keçirilən yarmarkalarda 250-dən çox vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı və Mil-Muğan Regional Məşğulluq filialları tərəfindən növbəti əmək yarmarkaları təşkil olunub.

Xırdalanda təşkil olunan yarmarkada vətəndaşlara 25 işəgötürən tərəfindən 150 vakansiya, Sabirabadda isə 15 işəgötürən tərəfindən 100-dən çox vakansiya təqdim olunub.

Tədbirlərdə işsiz və işaxtaran şəxslərə boş iş yerləri, vakansiyalara dair tələblər barədə məlumat verilib, müraciət edən şəxslərin CV-ləri işəgötürənlər tərəfindən qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət ediliblər.

Həmçinin tədbirlərdə işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi digər aktiv məşğulluq tədbirləri və müraciət proseduru barədə də məlumat əldə ediblər.

Related posts

Fevralda Səyyar ASAN-ın xidmət göstərəcəyi ünvanlar

ƏMAS-da “İşədüzəlmədə vasitəçilik” modulu istifadəyə verilib

Sosial Xidmət Xəritəsi istifadəyə verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı