XÖHKS əməliyyatlarının həcmində cüzi azalma baş verib

Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) dövriyyəsi 2016-cı ilin birinci yarısında 7 mlrd. 120 mln. manat təşkil edib. Hesabat dövründə XÖHKS üzrə dövriyyə 0,8% azalıb, əməliyyatların sayı 5,9% artıb.

Bu barədə Mərkəzi Bank açıqlama verib.

Məlumatda bildirilib ki, kiçik ödənişin orta həcmi  ötən ilə nisbətən 6,2% azalaraq 459,1 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır