Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti: Fərdi məlumatların qorunması ilə bağlı yeni yanaşma hazırlanır - BBN

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti: Fərdi məlumatların qorunması ilə bağlı yeni yanaşma hazırlanır

Hazırda Azərbaycanda fərdi məlumatların qorunması sahəsində yeni yanaşma işlənib hazırlanır.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş İdarə rəisinin müavini Tural Məmmədov “Azərbaycanda kibertəhlükəsizlik sahəsində qanunvericilik” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, fərdi məlumatların qorunmasına dair tələblər 2010-cu ildə qəbul edilib, lakin hazırda Avropa İttifaqının məlumatların qorunması qaydalarına – GDPR-ə daha uyğun olan yeni yanaşma hazırlanır.

“Hazırlanan versiyanın yaxın gələcəkdə qəbul ediləcəyi gözlənilir. Bundan başqa, yeni redaksiyada müddəalar yenidən nəzərdən keçirilib, məlumat sahiblərinə və onların məlumatların qorunması sahəsində məsuliyyətlərinə dair müəyyən məsələlər tənzimlənib”, – deyə o qeyd edib.

Mənbə: Report.az

Related posts

İRİA “EPAM Azərbaycan” ilə birgə yeni “Karyera Mükəmməlliyi” proqramına start verir

“Azərpoçt” ötən il 131,7 min ödəniş kartı emissiya edib

Azərbaycanda süni intellektin müsbət və mənfi təsirləri müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı