Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin ilk altı ayının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir.

İclası giriş sözü ilə açan Xidmət rəisi general-leytenant İlqar Musayev dünyada gedən mürəkkəb ictimai-siyasi proseslər və çətin geosiyasi vəziyyətə baxmayaraq, Azərbaycan Respublikası Prezidentinin uzaqgörən siyasəti nəticəsində respublikamızın iqtisadiyyatında əldə edilmiş uğurlar və nailiyyətlərin olduğunu vurğulamışdır.

Müşavirədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət orqanlarının xüsusi dövlət rabitəsi, hökumət rabitəsi, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemləri və şəbəkələri ilə təmin edilməsi, onların internet şəbəkəsi ilə əlaqəsi və internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsi, istismarı, informasiya təhlükəsizliyinin təmin olunması və onun tələblərin gücləndirilməsi, o cümlədən görülən işlər, mövcud nöqsanlar və qarşıda duran vəzifələr haqqında ətraflı danışılmışdır.

Respublika ərazisində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə fiber-optik kabellərin çəkilməsi, burada fəaliyyət göstərən dövlət qurumların Azstatenet şəbəkəsinə qoşulması və digər görülmüş işlər barədə hesabat verilmişdir.

Xidmət rəisi Azərbaycan Respublikasında 2024-ci ili «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi ilə əlaqədar məlumat vermiş və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.

Müşavirədə cari ilin sentyabr ayında Xidmət tərəfindən Azərbaycanda ilk dəfə keçiriləcək Kiberdiplomatiya Konfransının təşkili ilə bağlı qarşıda duran işlər barədə ətraflı danışılmışdır.

Tədbirin sonunda 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təltif olunmuş bir sıra əməkdaşlarına mükafatlar təqdim olunmuşdur.

Related posts

Türkiyədə Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

“Rəqəmsal transformasiya və fintex” mövzusunda praktiki təlim keçirilib

İstanbulda Azərbaycan – Türkiyə enerji əməkdaşlığının ikitərəfli və çoxtərəfli formatlarda inkişafı müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı