Bu ilin 1 yanvar tarixinədək Sahibkarlığın İnkişafı Fonduna daxil olmuş müraciətlər üzrə 71,9 mln. manat subsidiya verilməsi təsdiqlənib və bunun 68,5 mln. manatı sahibkarlara ödənilib.
Bununla bağlı, İqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib.
“Sahibkarlara dəstək çərçivəsində tətbiq edilən kredit faizlərinin subsidiyalaşdırılması mexanizmi iqtisadi aktivliyin təmin olunmasına və biznes subyektləri tərəfindən daha çox layihənin reallaşdırılmasına imkan yaradır.” – deyə nazir qeyd edib.