Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yanvar ayı üzrə neft-qaz göstəriciləri açıqlanıb - BBN

Yanvar ayı üzrə neft-qaz göstəriciləri açıqlanıb

Operativ məlumatlara əsasən, 2025-ci ilin yanvar ayında respublikada 2,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 1,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,05 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,6 milyon ton təşkil edib.

BBN.az xəbər verir ki, ötən ay ərzində 2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 1,7 milyon tonu konsorsiumların, 0,25 milyon tonu SOCAR-ın, 0,05 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.

Neftin emalı yanvar ayında 0,6 milyon ton təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 74,5 min ton (559 min barrel) olub. Bunun 61,7 min tonunu (454 min barrel) xam neft, 12,8 min tonunu (105 min barrel) kondensat təşkil edib.

2025-ci ilin yanvar ayında respublikada 3,9 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 1,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 2 milyard kubmetri “Şahdəniz”in, 0,1 milyard kubmetri “Abşeron” yatağının, 0,7 milyard kubmetri SOCAR-ın payına düşüb.

Hesabat dövründə xaricə qaz satışı 2 milyard kubmetr təşkil edib. Bundan 1 milyard kubmetr Avropaya, 0,7 milyard kubmetr Türkiyəyə, 0,3 milyard kubmetr Gürcüstana satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 0,5 milyard kubmetr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 fevral 2025-ci il tarixinədək 651,9 milyon ton neft (kondensatla birlikdə), 469,6 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 602,9 milyon ton neft, 230,8 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 49 milyon tona yaxın kondensat, 238,8 milyard kubmetr qaz çıxarılıb. Bundan 1 fevral 2025-ci il tarixinədək 650 milyon tona yaxın neft, 171 milyard kubmetr qaz ixraca nəql edilib.

Related posts

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 2025-ci ildə dövlət qurumlarını 450 milyon zərərli keçiddən qoruyub

Moody’s Ratings Azərbaycan bank sisteminin perspektivini “pozitiv” səviyyədə qiymətləndirib

Bazarların Gözü Bu Gün ABŞ İnflyasiyasında – PPI Məlumatı Həlledici Ola Bilər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı