Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yanvar-fevral aylarında Azərbaycana ən çox hansı ölkələrdən turist gəlib? - BBN

Yanvar-fevral aylarında Azərbaycana ən çox hansı ölkələrdən turist gəlib?

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasına dünyanın 148 ölkəsindən 232,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 32,4 faizi Rusiya Federasiyası, 21,0 faizi Türkiyə, 9,2 faizi İran, 5,7 faizi Gürcüstan, 3,8 faizi Hindistan, hər birindən 3,1 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Pakistan, 1,9 faizi Küveyt, 1,8 faizi Səudiyyə Ərəbistanı, 1,7 faizi Qazaxıstan, hər birindən 1,5 faiz olmaqla Ukrayna və Belarus, 1,4 faizi Özbəkistan, 1,3 faizi Türkmənistan, 10,6 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 77,5 faizini kişilər, 22,5 faizini qadınlar təşkil etmişdir.  

Ötən ilin eyni dövrü ilə müqayisədə Pakistandan gələnlərin sayı 7,2 dəfə, Hindistandan – 6,7 dəfə, Özbəkistandan – 5,8 dəfə, Türkmənistandan – 5,1 dəfə, Belarusdan – 4,3 dəfə, Çindən – 3,6 dəfə, Qazaxıstandan – 2,4 dəfə, İsraildən – 1,9 dəfə, Omandan – 1,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən – 1,8 dəfə,  ABŞ-dan – 1,7 dəfə, Küveytdən – 1,6 dəfə, Gürcüstandan – 1,5 dəfə, Rusiya Federasiyasından – 1,5 dəfə, Böyük Britaniyadan – 1,5 dəfə, Türkiyədən – 33,4 faiz, Ukraynadan – 8,8 faiz, İrandan – 7,8 faiz artmışdır.

2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 93,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,4 dəfə artaraq 9,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 19,8 faiz artaraq 40,6 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 35,1 faizi dəmir yolu və avtomobil, 63,4 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Related posts

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

SOCAR-ın ABŞ şirkətləri ilə birgə həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı